Dünya Kubokuna vəsiqə qazanan Azərbaycan şahmatçısı: "X turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu"
X turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu.
Bunu "Sizinxeber.az"a açıqlamasında Yunanıstanın Rodos adasında keçirilən Avropa çempionatında 10-cu yeri tutan Azərbaycan şahmatçısı Gülnar Məmmədova deyib.
33 yaşlı qrossmeyster yarışda göstərdiyi nəticə ilə bağlı fikirlərini bölüşüb:
"Avropa çempionatındakı çıxışımı normal qiymətləndirirəm. Təbii ki, mən də hər şahmatçı kimi ilk "3-lük"də yer almaq istəyirdim. İlk iki pillədəkilərə nəzər salsaq, onların məndən çox üstün olmadığını görərik. Dünya Kubokuna vəsiqə əldə etmək buradakı hədəflərdən idi. Şükürlər olsun ki, buna nail oldum".
O, medalçılar sırasına düşə bilməməsinin səbəbini də açıqlayıb:
"IX turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu. Düşünürəm ki, qələbə qazansaydım, motivasiya daha çox olacaqdı. Həm də medal qazanmağa real şans var idi. Avropa çempionatında ikinci və ya üçüncü yeri tuta bilərdim".
G.Məmmədova Dünya Kubokundakı hədəflərdən də söz açıb:
"Burada uduzan mübarizəni dayandıracaq. Yarışa daha ciddi hazırlaşmağı düşünürəm. Nə qədər çox mərhələ keçsəm, o qədər başucalığıdır. Üst pillələrdə yer almaq üçün əlimdən gələni edəcəyəm. Bu haqda çox da böyük danışmaq istəmirəm. Nəticəni birlikdə görəcəyik".
Qeyd edək ki, Gülnar Məmmədova Avropa çempionatında 7,5 xalla 10-cu yeri tutaraq Dünya Kubokuna vəsiqə qazanıb.


width="220" alt="Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />