Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyadakı Qran-pridə qazandığımız medalların sayı daha çox ola bilərdi"
Çexiyadakı Qran-pridə qazandığımız medalların sayı daha çox ola bilərdi.
Bunu “Report”a açıqlamasında Azərbaycanın üzgüçülük millisinin məşqçisi Rəşad Əliyev Çexiyada keçirilən dünya çempionatına lisenziya xarakterli XXXII Ostrava Qran-prisində qazanılan nəticələri dəyərləndirərkən deyib.
Mütəxəssis nəticələrdən tam razı qalmadıqlarını bildirib:
“Çexiyadakı Qran-pridə Azərbaycanı 9 idmançı və 3 məşqçi ilə təmsil etdik. Yarışa 5 ölkədən 350-dən çox idmançı qatılmışdı. Azərbaycanla yanaşı? Çexiya, Fransa, Sloveniya və Polşa da təmsil olunurdu. İdmançılarımız 2 qızıl, 8 gümüş, 7 bürünc medal qazandılar. Süleyman İsmayılzadə 804 balla yarışın ikinci ən güclü idmançısı seçildi. Oqtay Hüseynov isə 798 balla üçüncü oldu. Nəticələrdən tam razı qalmadıq. Çünki medalların sayı daha çox ola bilərdi. Idmançılardan bəziləri gözləntiləri doğrultmadılar".
O, iştirak edəcəkləri növbəti yarışlarla bağlı sualı da cavablandırıb:
“Növbəti həfəfimiz U-23 Avropa çempionatıdır. Slovakiyada baş tutacaq yarışda 23 yaşa qədər idmançılarımız - Ramil Vəlizadə, Əbdürrəhman Rüstəmov, Rəşad Ağaquliyev və Fatimə Alkərəmova iştirak edəcək. Daha sonra, iyulda Slovakiyada yeniyetmələrin Avropa çempionatı təşkil olunacaq. Bu yarışda Süleyman İsmayıılzadə və Oqtay Hüseynov güclərini sınayacaqlar. Süleyman 400 və 1500 metr məsafəyə sərbəst üsulda dünya çempionatına lisenziya qazanıb. Dünya çempionatının iyulun sonu-avqustun əvvəlində Sinqapurda keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Azərbaycan üzgüçüləri Qran-pridə ümumilikdə 17 medal qazanıblar.


width="220" alt="Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />