İddiaçılar turniri: Nicat Abasov III turda ABŞ-li qrossmeysterlə heç-heçə edib
sizinxeber.az xəbər saytı

İddiaçılar turniri: Nicat Abasov III turda ABŞ-li qrossmeysterlə heç-heçə edib


Azərbaycanlı qrossmeyster Nicat Abasov və amerikalı Hikaru Nakamura şahmat üzrə İddiaçılar Turnirinin üçüncü turunda heç-heçə oynayıblar.

"Sizinxeber.az" xəbər verir ki, yarış Kanadanın Toronto şəhərində keçirilir.

Üçüncü turda heç-heçə həmçinin rusiyalı Yan Nepomnyaşi ilə Hindistan təmsilçisi Dommaraju Qukeş, Fransa təmsilçisi Alireza Firuca və ABŞ təmsilçisi Fabiano Karuana aralarında keçirilən görüşlərdə qeydə alınıb.

Hindistanlı Rameşbabu Praqnanandha həmyerlisi Qucrati Viditi qara fiqurlarla məğlub edib.

Üç turdan sonra Nepomnyaşi, Qukeş və Karuana hərəyə 2 xal, Vidit və Praqnanandha hərəyə 1,5 xal, Nakamura, Firuca və Abasov isə hərəyə 1 xal toplayıblar.

Dördüncü turda N.Abasov A.Firuca ilə, Nepomnyaşi Viditlə, Karuana Qukeşlə, Praqnanandha isə Nakamura ilə qarşılaşacaqlar.

Oxşar xəbərlər

Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb
Yevlaxda qətl törədən şəxs saxlanılıb
Azərbaycan Premyer Liqası: mövsümün ilk yarısında ən çox oyun idarə etmiş hakimlər - SİYAHI
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
“Qəbələ” 27 aydır “Sabah”a qalib gələ bilmir - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər