Azərbaycan Güləş Federasiyası xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib
Azərbaycan Güləş Federasiyası (AGF) Salyan rayonunun Şorsulu kəndində xalq pəhləvanı Yaşar Cavadovun adını daşıyan idman klubunu zəruri inventarla təmin edib.
AGF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ikimərtəbəli idman zalında həm taktiki-texniki, həm də fiziki hazırlıq üzrə məşqlər keçmək üçün tələb olunan şərait yaradılıb.
Salyan və Neftçala rayonunun ümumilikdə 7 kəndindən (Şorsulu, Boranıkənd, Qaçaqkənd, Qazaqbərə, Dayıkənd, Seyidlər, Sarvan) olan 80-ə yaxın yeniyetmə idmançı Salyan UGİŞM-in məşqçi-müəllimi Tural Cavadovun rəhbərliyi altında sərbəst güləşin sirrlərinə yiyələnir.
Tədbir çərçivəsində sərbəst güləş üzrə U-20 millisinin böyük məşqçisi Arif Abdullayev, AGF-nin Regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov, Salyan UGİŞM-in direktoru Bilal Ələkbərov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elmar Əbilov, AGF-nin regional nümayəndəsi İlham Məmmədov zalda yaradılan şəraitlə tanış olub, qarşılıqlı fikir mübadiləsi aparılıb, məşqçilərə və idmançılara tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, buna qədər Goranboy, İmişli və Qəbələ rayonunda güləşçilər və məşqçilərlə görüşən AGF rəsmilərinin regionlara səfəri davam edəcək.


width="220" alt="Güləş Federasiyasının rəsmiləri Qəbələyə səfər ediblər" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />