Paris-2024: Azərbaycan gimnastı çıxışını başa vurub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan gimnastı çıxışını başa vurub - YENİLƏNİB


Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.

O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.

14:56

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.

O, ilk cəhdində 42,950 xala layiq görülüb. Azərbaycan təmsilçisi hələlik 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan gimnastı mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı gimnast: Məqsədim qarşıdakı olimpiadaya vəsiqə qazanmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan badmintonçusu mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər