Azərbaycan badmintonçusu: Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan
sizinxeber.az xəbər saytı

Azərbaycan badmintonçusu: Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan


Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan.

"Sizinxeber.az"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo deyib.

O, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:

“Ardıcıl olaraq ikinci olimpiadada hazırda "top-3"də qərarlaşan Antonsen kimi güclü badmintonçu ilə qarşılaşdım. İstər-istəməz həyəcan var idi. İlk setdə bu baxımdan çətin oldu. İkinci setdə isə daha yaxşı çıxış etdim. Lakin rəqibin təcrübəsi daha çoxdur. Püşkdən şikayətlənə bilmərəm. Olimpiadada uğur qazanmaq istəyirsənsə, bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan".

Qeyd edək ki, idmançımız E qrupundakı sonuncu matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb və 0:2 (12:21, 14:21) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan badmintonçusu yarışla vidalaşıb
Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurub
Türkiyə millisinin üzvü: Azərbaycan avarçəkəninin olimpiadada uğur qazanacağına inanıram
Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb
Azərbaycan badmintonçusu: Əlimdən gələni etməyə çalışdım

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle