Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb - YENİLƏNİB - 2
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb - YENİLƏNİB - 2


Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Sizinxeber.az"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

13:15

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Sizinxeber.az"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Hidayət Heydərov qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu 1/8 finalda uduzub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanlı boksçu mübarizəni dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər