ABŞ Açıq Tennis Turnirinin ümumi mükafat fondu rekord həddə çatacaq
2025-ci il ABŞ Açıq Tennis Turnirinin ümumi mükafat fondu 90 milyon dollar təşkil etməklə rekord həddə çatacaq.
"Sizinxeber.az" "USA Today" qəzetinə istinadən xəbər verir ki , kişilər və qadınlar arasında təkbətək yarışın qalibləri hərəyə 5 milyon dollar, finalçılar isə 3,6 milyon dollar qazanacaq.
Cütlükdə ən güclülər hər biri 1 milyon dollar, finalçılar isə 500 min dollar gəlir əldə edəcək. Qarışıq cütlük yarışının qaliblərinin də qazancı 1 milyon dollar olacaq. Finalçılar cəmi 400 min dollarla kifayətlənəcək.
Turnirin əvvəlki rekord məbləği ötən ilki yarışa təsadüf edir. Həmin vaxt bu məbləğ 75 milyon dollara bərabər olub.
Qeyd edək ki, ABŞ Açıq Tennis Turniri avqustun 24-dən sentyabrın 7-dək davam edəcək. Təklər turnirinin hazırkı qalibləri italiyalı Yannik Sinner və belaruslu Arina Sobolenkodur.
Oxşar xəbərlər
“Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq
Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib
Karlos Alkaras karyerası ərzində qazancı 40 milyon dolları keçən 11-ci tennisçi olub
ABŞ-yə Çin minik avtomobillərinin idxalı rekord həddə çatıb
Yay fasiləsində transfer olunan futbolçuların sayında rekord qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











