Azərbaycanın gənc boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın gənc boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcək


Azərbaycanın gənc boksçuları (U-19) Almaniyada keçiriləcək “Brandenburq kuboku”nda iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Qeyd edək ki, iyulun 30-da startı veriləcək yarış 4 gün davam edəcək.

Oxşar xəbərlər

Azərbaycanın boks millisi Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan boksçuları Monteneqroda dünya çempionatında iştirak edəcəklər
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər