Azərbaycan millisi Avropa Gənclər Paralimpiya Oyunlarında 4 medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi Avropa Gənclər Paralimpiya Oyunlarında 4 medal qazanıb


Azərbaycan millisi bu gün Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.

Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Avropa Gənclər Paralimpiya Oyunlarının ikinci yarış günündə parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.

Bayraqdarımız Sabir Zeynalov (K44, 58 kq) mübarizəyə yarımfinaldan start verib. İdmançımız yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

Ayxan Nuriyev (K44, 58 kq) isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçumuz Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən S.Həsənova iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçumuz Ömər Qurbanov (J2, 62 kq) 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın paraüzgüçüsü "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
Yay Paralimpiya Oyunlarında qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər