Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib
sizinxeber.az xəbər saytı

Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib


Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib.

"Sizinxeber.az" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən ilk seminara serbiyalı tanınmış mütəxəssis Aleksandar Kukoly rəhbərlik edib.

Texniki sessiyada milli komandanın məşqçilərindən Slavko Tekiç, Kotaro Sasaki, həmçinin yerli cüdo ekspertləri Orxan Səfərov, Asiman Allahverdiyev və Rafiq Nəcəfov iştirak ediblər. Üç gün davam edəcək təlimlərə 14 ölkədən 400-dən çox yeniyetmə cüdoçu qatılıb.

Qeyd edək ki, sabahdan etibarən ölkəmiz Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Bakıda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının tibbi seminarı başlayıb
Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək
Azərbaycanın gənc qızlardan ibarət cüdo millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər