Kuba prezidenti Azərbaycan boksçusu ilə bağlı paylaşım edib
sizinxeber.az xəbər saytı

Kuba prezidenti Azərbaycan boksçusu ilə bağlı paylaşım edib


Kuba prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan boksçusu Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra verdiyi müsahibəyə münasibət bildirib.

"Report" xəbər verir ki, o, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

Kuba prezidenti qeyd edib ki, boksçuları Xulio Sesar La Krus üzərində xal hesabı ilə qalib gələn Alfonsonun açıqlaması dürüst, ləyaqətli və təsiredicidir: “Onu yetişdirən vətəninə hörmətlə yanaşması tədqirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.

Qeyd edək ki, Dominqes ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Boksçumuz növbəti mərhələyə yüksəldi
Azərbaycan Prezidenti kubalı həmkarını təbrik edib
Ermənistanda Kuba vətəndaşı döyülərək öldürülüb
Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır
Azərbaycan boksçularının Paris-2024-də rəqibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər