sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib
Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib.
Bu barədə "Sizinxeber.az"a Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda məşqçi Elçin Qasımovun rəhbərliyi altında şose velosipedçiləri Sevinc Sultanzadə, Ceyla Həşimova, Məryəm Hüseynova, Nihad Xudoyev, Çingiz İsayev və Asiman Qasımov mübarizə aparacaqlar.
Məşqçi Mirzə Quliyevin və mexanik Elçin Rzazadənin rəhbərliyi altında isə dağ velosipedçiləri (MTB) Marina Akimova və Əli Zeynalzadə yarışacaq.
Qeyd edək ki, dünən açılış mərasimi olan EYOF iyulun 27-də başa çatacaq.
Oxşar xəbərlər
EYOF-da Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
EYOF-da Azərbaycanı təmsil edəcək daha bir idmançının adına aydınlıq gəlib
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











