Azərbaycanın ikiqat paralimpiya çempionu: “Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm”
sizinxeber.az xəbər saytı

Azərbaycanın ikiqat paralimpiya çempionu: “Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm”


Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev müəllifi olduğu kitabları şəxsi vəsaiti hesabına çap etdirib.

Paracüdoçu bu barədə “Report”a açıqlamasında bildirib.

O, təcrübəsini bölüşməyin Azərbaycan idmanına faydalı olacağını düşünür:

“Hazırda Azərbaycan İdman Akademiyasının doktorantıyam. Artıq ikinci kursa keçmişəm. 6 dəfə Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmişəm. Afina və Pekindən qızıl, London, Tokio və Parisdən isə bürünc medal gətirmişəm. Üç dəfə dünya, səkkiz dəfə Avropa çempionu olmuşam. Düşünürəm ki, təcrübəmi bölüşsəm, gənc nəsil, Azərbaycan idmanı bundan faydalanacaq”.

İdmançı kitabların cəmi 500 tirajda çap olunduğunu nəzərə çatdırıb:

“Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm. Cəmi 500 tirajda çap olunub və satışa çıxarılmayacaq. İdman məktəblərinə, federasiyalara paylanacaq. Həmçinin məşqçilər arasında sorğu keçirəcəyik. Burada təkcə cüdo olmayacaq. Digər idman növləri üzrə məşqçilər də fikirlərini bildirəcəklər. Sorğunun cavablarını növbəti elmi işlərdə istifadə edəcəyik”.

O, daha bir kitab çap etdirmək planının olduğunu söyləyib:

“Yenə kitab hazırlamağı nəzərdə tutmuşuq. Formatı bir qədər geniş olacaq. Amma bu barədə açıqlama vermək istəmirəm, sirr kimi qalsın. İdmançı karyeramı bitirməmişəm. Sentyabrda keçiriləcək Avropa çempionatına hazırlaşıram. Zədələndiyimə görə tam gücümlə hazırlaşa bilmirdim. Mayda keçirilən dünya çempionatını buraxdım. Vaxtımı səmərəli keçirmək üçün elmi işlə məşğul oldum. Hazırda tam sağalmasam da, məşqləri davam etdirirəm. Elmi rəhbərim, professor Dilqəm Quliyevə, Azərbaycan İdman Akademiyasının rəhbərliyinə dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, İ.Zəkiyevin müəllifi olduğu “Təlim-məşq toplanışlarının təşkili” adlı metodik vəsait və “Məşqçinin əxlaq kodeksi” adlı metodik göstəriş işıq üzü görüb.

Oxşar xəbərlər

Azərbaycanın ikiqat paralimpiya çempionunun müəllifi olduğu kitablar işıq üzü görüb
Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2
Azərbaycan parataekvondoçusu: Ən böyük hədəfim ikiqat Paralimpiya çempionu olmaqdır
Parisdə qızıl medal qazanan paralimpiyaçı: Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm
Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle