sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcək.
Bu barədə "Sizinxeber.az"a Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanı mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi bu gün Ostrava şəhərinə yola düşüb.
Oxşar xəbərlər
Azərbaycanın stolüstü tennisçiləri Dubayda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinadakı turnirdə iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri Qətərə yollanıblar
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











