21 yaşlı tennisçi "Uimbldon" turnirində rekord qırıb
sizinxeber.az xəbər saytı

21 yaşlı tennisçi "Uimbldon" turnirində rekord qırıb


Fransalı 21 yaşlı tennisçi Mpetşi Perrikar "Uimbldon" turnirində servis atışının sürətinə görə rekord qırıb.

"Report" xəbər verir ki, bu barədə "ATP tour"un mətbuat xidməti məlumat yayıb.

Onun Teylor Fritzə (ABŞ) qarşı görüşdə həyata keçirdiyi servis atışı zamanı topun sürəti saatda 246 km olub. Buna qədərki rekord isə amerikalı tennisçi Teylor Dentə məxsus idi - saatda 238 km. O, bunu 2010-cu ildə gerçəkləşdirib.

Qeyd edək ki, M.Perrikar reytinqdə 36-cıdır. O, təşkilatın bayrağı altında keçirilən turnirlərdə 2 qələbə qazanıb. Tennisçinin ən yaxşı nəticəsi 2024-cü ildə baş tutan "Uimbldon"da dördüncü tura yüksəlməsi olub.

Oxşar xəbərlər

Avstraliyalı tennisçi yarışlardan kənarlaşdırılıb
Novak Cokoviç "Böyük Dəbilqə" turnirlərində yeni rekord müəyyənləşdirib
Almaniyalı tennisçi Paris-2024-dən sonra karyerasını bitirəcək
Məşhur tennisçi Paris-2024-dən sonra karyerasını bitirəcək
ABŞ Açıq çempionatının qalibi olan tennisçi rekordu təkrarlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle