AMADA gənc voleybolçulardan ibarət millinin üzvləri üçün seminar keçirib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycanın gənc voleybolçulardan ibarət millisinin üzvləri üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirib.
"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar gənc idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Gənc güləşçilər üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirilib
AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
AMADA Azərbaycan Voleybol Federasiyası üçün seminar təşkil edib
AMADA qadın boksçular üçün seminar təşkil edib
AMADA həndbolçular üçün maarifləndirmə seminarı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











