Bakıda meyvə satan kişi saxta pula görə bıçaqlanıb
sizinxeber.az xəbər saytı

Bakıda meyvə satan kişi saxta pula görə bıçaqlanıb


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Sizinxeber.az”un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, iki nəfər meyvə satışı ilə məşğul olan, 1972-ci il təvəllüdlü Namazəliyəv Elçin Yavər oğluna aldıqları məhsulların qarşılığında 20 manat pul veriblər.

E. Namazəliyev pulun saxta olduğunu bilib və onu geri qaytarıb. Lakin adları hələ məlum olmayan iki şəxs buna etiraz edib və tərəflər arasında mübahisə düşüb.

Nəticədə mübahisə qanla bitib, E.Namazəliyev təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər

Bakıda 20 yaşlı gəncə dostu 6 bıçaq zərbəsi vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda iki dost bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gənc qızı avtomobil vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər