sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu gün Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
Sizinxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən məhkəmə iclasında Əhməd Əhmədov törətdiyi cinayətdə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Sizinxeber.az
Oxşar xəbərlər
Əhməd barəsində ekspertiza rəyi məlum oldu
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır
Əhməd Əhmədov azadlığa çıxa bilər - Ekspert
Əhməd qətliamı: taksilər yoxlanır, onlayn ödəniş dayandı
Ailə üzvlərini baltalamaqda şübhəli bilinən Əhmədin VİDEOSU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













