Binəqədidə obyektdə baş verən yanğın məhdudlaşdırılıb - FOTOLENT - VİDEO - YENİLƏNİB-5 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2025
16:00

Binəqədidə obyektdə baş verən yanğın məhdudlaşdırılıb - FOTOLENT - VİDEO - YENİLƏNİB-5

20 apr, 2025
16:00
422

Binəqədidə obyektdə baş verən yanğın məhdudlaşdırılıb - FOTOLENT - VİDEO - YENİLƏNİB-5

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

15:27

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

15:18

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

14:56

Xəbər fotolar əlavə edilib.

***

14:46

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın