Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-3 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2025
16:00

Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-3

20 apr, 2025
16:00
458

Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-3

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb. 

Bu barədə "Sizinxeber.az"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

15:25

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən "Sizinxeber.az"a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

15:18

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə "Sizinxeber.az"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

14:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın