Son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb
sizinxeber.az xəbər saytı

Son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb


Son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatlara əsasən, aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb.

Qeyd olunmalıdır ki, Daxili İşlər Nazirliyi bir müddətdir vətəndaşlara müraciət edərək kart məlumatlarını heç kim ilə bölüşməməklə bağlı çağırışlar edir:

Çağırışlarda deyilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Daxili İşlər Nazirliyinin davamlı çağırışlarından sonra kibertalamalarla bağlı vəziyyət azalma müşahidə olunur və çağırışlarla bağlı fəaliyyət müsbət nəticələr verir.

Statistikaya görə, aprelin 7-də vətəndaşların kartlarından 67 min manata yaxın pul oğurlanıb. Aprelin 13-də isə məbləğ 13 min 818 manata qədər azalıb.

Oxşar xəbərlər

Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 25 min manata yaxın kiber üsulla oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 25 min manata yaxın vəsait oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 13818 manat oğurlanıb
DİN: Həftəsonu bank kartlarından 41 min manat oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər