DİM-də 167 hakimliyə namizədin yazılı imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

DİM-də 167 hakimliyə namizədin yazılı imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 167 nəfər hakimliyə namizədlə yazılı imtahan keçirilib.

Hakimlərin Seçki Komitəsindən "Report"a verilən xəbərə görə, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən həmin binada qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb, həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən həmin inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər yoxlanılmaqla yaxın zamanda nəticələr elan olunacaq.

Xatırladaq ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı cari il dekabrın 15-də keçiriləcək.

Oxşar xəbərlər

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakim vəzifəsinə qəbul üçün tеst imtаhаnı keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan ədliyyə orqanlarına qəbul imtahanı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər