Rəssam Nağdəli Xəlilov vəfat edib
Rəssam Nağdəli Xəlilov vəfat edib.
Bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib.
Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssamın üç fərdi sərgisi keçirilib. 1988-ci ildən etibarən ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısı olub. Onun əsərləri Türkiyə, Gürcüstan, Almaniya, Amerika, Çexoslovakiya, ərəb ölkələri və Azərbaycanda nümayiş olunub. Rəssamın “Tək ağac”, “Heyva ağacı”, “Nar ağacı”, “İki ağac” mənzərələrini, “Nəsrəddin Tusi”, “Cəlaləddin Rumi”, “Şəhriyar”, “Xəstə Qasım”, “Heyran xanım”, “İrəvan xanı Hüseynxan”, “Füzuli”, “Mir Möhsün Nəvvab” portretlərini, “Qurtuluş ağacı”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm və Həvva”, “Kəbə”, “Mirac”, “Hicrət”, “İlk İslam həmrəyliyi” və s. tarixi janrında çəkilmiş əsərlərini qeyd etmək olar. Nağdəli Xəlilov 2009-cu ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasına müxbir üzv, 2011–ci ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib və akademik adı alıb.
Oxşar xəbərlər
Tanınmış rəssam Aydın Rzaquliyev vəfat edib
Sənətşünas Ziyadxan Əliyev vəfat edib
Mədəniyyət Nazirliyi Tofiq Ağababayevin vəfatı ilə bağlı nekroloq yayıb
Xalq rəssamı Tofiq Ağababayev dəfn edilib - YENİLƏNİB
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












