Sabunçuda özünü əcnəbi kimi təqdim edən narkotacir saxlanılıb - VİDEO
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.
APA DİN-ə istinadən xəbər verir ki, ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb. H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. H.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.
Oxşar xəbərlər
Binəqədidə 22 kq narkotik aşkarlanıb - VİDEO
Ötən gün 133 kq-a yaxın narkotik vasitə aşkar olunub
Narkotik satışına görə 3 nəfər həbs edilib
Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb - VİDEO
Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
