Şabranda avtomobil aşıb, xəsarət alanlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
in
2024
18:04

Şabranda avtomobil aşıb, xəsarət alanlar var

18 in, 2024
18:04
1 431

Şabranda avtomobil aşıb, xəsarət alanlar var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, "Toyota" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan altı nəfər Bakı şəhər sakinləri – Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın