DTX Dövlət Turizm Agentliyinin əməkdaşını həbs edib
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-də şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Sizinxeber.az xəbər verir ki, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Prezident Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verib
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılır
Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













