FHN-in helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparılıb - VİDEO
sizinxeber.az xəbər saytı

FHN-in helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparılıb - VİDEO


FHN-in helikopteri ilə vəhşi heyvanların növbəti peyvəndləməsi aparılıb.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına ümumilikdə 400 kilometrə yaxın məsafədə 9450 ədəd aldadıcı yem səpilib.

Oxşar xəbərlər

FHN-in helikopteri ilə vəhşi heyvanların peyvəndlənməsi aparılıb - VİDEO
FHN-in helikopteri ilə vəhşi heyvanların növbəti peyvəndləməsi aparılıb, 9450 ədəd aldadıcı yem səpilib
Helikopterlə quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılacaq
Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
FHN-in Şimal Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər