"VMF Continental"dan 330 minlik saat oğurlayan Çin vətəndaşlarının məhkəməsi başlayıb
Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.
Məhkəmənin ilkin baxış iclası martın 12-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla talayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Bakıda "VMF Continental" mağazasından 330 min manatlıq saat oğurlayan Çin vətəndaşlarının məhkəməsi başlayıb
Bakıda "VMF Continental" mağazasından 330 min manatlıq saat oğurlanıb, Çin vətəndaşı şübhəli bilinir
Bakıda 330 min manatlıq saatı oğurlamaqda şübhəli bilinən Çin vətəndaşı saxlanılıb
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Qaçaqmalçılıqda təqsirli bilinən 3 "Duty free" işçisinin məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi
-
İlham Əliyev: "Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib"
-
Prezident: "2025-ci il Azərbaycan-Amerika münasibətlərinin kontekstində də tarixi il sayıla bilər"
-
İlham Əliyev: "2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu"
-
Prezident: "907-ci düzəlişin aradan qaldırılmasını dayandırması Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını göstərir"












