Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb .

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, o, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Oxşar xəbərlər

“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb
“Instagram”da investisiya adı ilə dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Ağsuda ev təmir etmək adı ilə dələduzluq edərək vətəndaşları aldadan şəxs saxlanılıb
Qaxda dələduzluqla vətəndaşların 32 min manatını ələ keçirən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər