Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlanıb
sizinxeber.az xəbər saytı

Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlanıb


Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15000 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb.
Həmçinin, Nizami rayonu B.Nuriyev küçəsindəki evlərin birinin dəhlizindən 450 manat dəyərində velosiped, Suraxanı rayonunda yerləşən mənzildən isə 2300 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Z.Məmmədşərifov və Ş.Səttarov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda evdən 9 min manat və qızıl oğurlanıb
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda mağazadan 2 min manatlıq geyim oğurlanıb, qadın tutulub
Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle