Bakı-Salyan şosesində ağır yol qəzası olub, 3 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Bakı-Salyan şosesində ağır yol qəzası olub, 3 nəfər ölüb


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci km-də yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər

Bakıda “Mercedes” yol kənarındakı maneəyə çırpılıb, üç nəfər ölüb
Tovuzda ağır qəza baş verib, 6 nəfər ölüb - FOTO - YENİLƏNİB
FHN İsmayıllıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb
Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var - VİDEO
Sabirabadda yol qəzası olub, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər