Gəncədə partlayış olan binanın sakini: Əvvəl güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi
Əvvəlcə güclü ildırım çaxdı, sonra dəhşətli gurultu eşidildi.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Gəncə şəhəri İsaq Cəfərov küçəsində partlayış baş verən beşmərtəbəli binanın sakini Yaşar Nəsibov deyib.
O, partlayışdan öncə ardıcıl ildırım çaxdığını və eşitdikləri gurultu səsinə oyandıqlarını söyləyib:
“Əvvəlcə bir neçə dəfə güclü ildırım çaxdı. Ailəliklə ildırımın səsinə oyandıq. Ardınca şiddətli gurultu eşidildi, qapı-pəncərə silkələndi. Səsin şokundan gurultunun qonşudakı partlayışın səsi olduğunu anında bilməmişdik.
Sonra pəncərədən gördüm ki, ətrafda dağıntı var. Öyrəndik ki, binada güclü partlayış olub, iki nəfər ölüb. Biz də, digər sakinlər də hələ hadisənin şokundayıq”.
Oxşar xəbərlər
Bərdədə evə ildırım düşüb, dağıntı olub - FOTO
FHN: Gəncədə yaşayış binasında partlayış olub - YENİLƏNİB
Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB-2
Ucarda baş verən qəzada zərər çəkən sakin: Biz gurultu səsinə çıxanda, daha bir partlayış oldu
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












