Bakıda 43 yaşlı kişini döyməkdə şübhəli şəxs tutulub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda 43 yaşlı kişini döyməkdə şübhəli şəxs tutulub - YENİLƏNİB


Bakıda 43 yaşlı kişini döyməkdə şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, avqustun 10-da Yasamal rayonu ərazisində R.Həsənovun döyülərək xəsarətlər alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır.

06:18

Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Sizinxeber.az"un məlumatına görə, 1981-ci il təvəllüdlü Həsənov Ramin Sahib oğlu bir neçə nəfərin hücumuna məruz qalıb.

Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər

Bakıda 43 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb
Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Bakıda 16 yaşlı gənc yol qəzasında xəsarət alıb
19 yaşlı hamilə qadını bıçaqlayan şəxs SAXLANILDI
Bakıda avtomobil 40 yaşlı kişini vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər