× Maraqlı MÜSAHİBƏ Press-reliz Manşet Kriminal AVTO-MOTO Sağlamlıq Şou-biznes
  • ☰ BöLmələr

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı



Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
 
Sizinxeber.az xəbər verir ki, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 qr çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Qasımov Vəli Mahir oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov İsgəndər Cəfər oğlu, 1993-cü il təvəllüdlü Süleymanzadə Aqşin Yusifəli oğlu və vətəndaşlığı olmayan 1982-ci il təvəllüdlü Daşdəmirov Çingiz Fakralı oğlu cinayət başında yaxalanıblar.
 
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılmış və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.
 
Hazırda araşdırmalar davam etdirilir.
Sizinxeber.az

SON XƏBƏRLƏR

Siqaretin qiymətində kəskin artım: Nə baş verir?

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Azərbaycanda bəzi cərimələr sərtləşdirilir

“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA

Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib

Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır

"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır

Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib

Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib

Gömrük generalı təqaüdə göndərildi

Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib

Ümummilli lider Heydər Əliyevin anım günüdür

“Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq”

Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir

Parlament dövlət sosial müdafiə fondunun 2026-cı il üçün büdcəsini təsdiqlədi

BÜTÜN XƏBƏRLƏR