Gəncədə avtoxuliqanlıq edən sürücülər həbs ediliblər
Gəncə şəhərində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Cahad Əlizadə, Fərid Quliyev, Zaur Cabbarzadə və Elvin Qasımovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.
“Mercedes”, “BMW” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Z. Cabbarzadə və E.Qasımov 15 sutka inzibati qaydada həbs edilib, digər sürücülər barəsində isə digər tənbeh tədbirləri seçilib.
Oxşar xəbərlər
Hacıqabulda avtoxuliqan inzibati qaydada həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polisin “saxla” əmrinə tabe olmadı - Həbs edildi - FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












