Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var


Bakıda avtobus qəzası baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Oxşar xəbərlər

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: Bakıda iki avtomobil toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər