Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı
Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin tərkibində silahlı bandalarda və onların törətdikləri basqınlarda iştirak etməkdə ittiham olunan Hüseynağa Fərzəliyev 28 il sonra mühakimə edilib.
Sizinxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dəlil və sübutlar tədqiq edilib, şahidlər dindirilib. Bu gün keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, H.Fərzəliyevin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, xüsusilə ağır cinayətlər üzrə qanunla müəyyən edilən cəlbetmə müddəti 20 ildir.
İttihamda deyilir ki, H.Fərzəliyev 1996-cı ildə başqaları ilə birlikdə silahlı qrupun törətdiyi basqında iştirak edib. Təqsirləndirilən şəxs və digərləri iş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Bayramova həyat və sağlamlıq üçün təhlükəli üsulla fiziki iztirab verməklə onu azadlıqdan məhrum ediblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəzası almış Hacı Məmmədov həbsdə intihar edib.
Oxşar xəbərlər
Hacı Məmmədovun dəstəsi ilə adı hallanan şəxs məhkəmə zalından azadlığa buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacı Məmmədovun dəstəsinin basqınlarında iştirakda təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












