sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda 3 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib - FOTO
Bakının Nərimanov rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində, şəhər istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə toqquşma baş verib.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəza zamanı avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, ərazidə yaranan süni tıxacın aradan qaldırılması üçün nəqliyyat vasitələri operativ şəkildə evakuasiya edilib.
Qəzanın dəqiq səbəbləri araşdırılır.
Fərif Yusifov
Oxşar xəbərlər
Naxçıvanda iki minik maşını toqquşub, xəsarət alan var - FOTO
Bakıda yol-nəqliyyat hadisəsi baş verib
Bakıda 7 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib - FOTO - YENİLƏNİB
Bakıda ağır zəncirvari qəza baş verib, körpüdə hərəkət dayandırılıb - FOTO
Bakıda moped “KamAz” markalı yük avtomobilinə çırpılıb, ağır xəsarət alan var - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












