Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib - VİDEO - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib - VİDEO - YENİLƏNİB-3


Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib.

"Report" xəbər verir ki, meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.


20:33

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə gətirilib.

"Report" xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Onların nəşləri Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

17:25

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə yola salınıb.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Təyyarənin Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi gözlənilir.

14:05

Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.

Bu barədə “Report”un Rusiya bürosu məlumat verib.

Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq 
Rusiyada saxlanılan azərbaycanlı: Öldürülənlərin meyitlərinin təhvil verilməsi ilə bağlı heç bir məlumat verilmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər