İsmayıl İsmayılov: Daşaltı məscidi Qarabağ memarlıq nümunələrinə uyğun inşa edilib
sizinxeber.az xəbər saytı

İsmayıl İsmayılov: Daşaltı məscidi Qarabağ memarlıq nümunələrinə uyğun inşa edilib


“Şuşa rayonunun Daşaltı kəndində inşa edilən məscid Qarabağ memarlıq nümunələrinə uyğun inşa edilib”.

Bunu “Sizinxeber.az”un Şuşaya ezam olunan əməkdaşına Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi İsmayıl İsmayılov bildirib. Onun sözlərinə görə, iğaldan azad edilən Daşaltı kəndi yenidən qurulan yaşayış məntəqələrdən biridir:

“Kənddə bir çox infrastruktur layihələrlə yanaşı, sakinlərin ibadət etməsi üçün məscid də inşa edilib. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İki minarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İki mərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək”.

İsmayıl İsmayılov əlavə edib ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub: “Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir”.

Qeyd edək ki, ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Bu layihələrin həyata keçirilməsi Daşaltı kəndində turist axını cəlb etməyə kömək edəcək.

Oxşar xəbərlər

Daşaltı məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub - FOTO
Prezident və birinci xanım Şuşada Daşaltı kənd məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB
Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək
Ağdamda İşğal və Zəfər Muzey Komplekslərində tağvari hasar tikiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər