Azərbaycanda kartof bahalaşdı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
mar
2025
05:32

Azərbaycanda kartof bahalaşdı

08 mar, 2025
05:32
595

Azərbaycanda kartof bahalaşdı

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb.

Sizinxəbər.az-ın Xəzər TV-yə istinadla verdiyi məlumata görə, son 20 gündür ki, bazarlarda kartof 1,2-2 manata satılır.

Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır.

Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur.

İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir.

Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.

Bizimlə əlaqə saxlayın