Ailə qurmaq istəyənlərin NƏZƏRİNƏ: “Genetik testdən keçin” – Mütəxəssisdən ÇAĞIRIŞ
“Hər kəs ailə qurmamışdan öncə genetik testdən keçməlidir”.
Sfera.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib. Onun sözlərinə görə, ailə planlaşdırılmasında tibbi-genetik məsləhət və genetik testlər mühüm rol oynayır:
“Onlar anadangəlmə xəstəliklərin və ya irsi yolla ötürülə bilən genetik patologiyaların risklərini müəyyən etməyə kömək edir. Həmçinin, ailənin gələcək hamiləlikləri ilə bağlı əsaslandırılmış qərarların qəbul edilməsi və doğulacaq uşaqların sağlamlığının qorunması üçün müvafiq üsullar seçməsinə imkan verir. Genetik testlər, eyni zamanda, valideynlərdə mümkün genetik problemləri müəyyən etməyə kömək edə bilər, onlara ailə planlamasında alternativ imkanlardan istifadə etməklə bağlı qərar verməyə şərait yaradır”.
Mütəxəssis bildirib ki, genetik testlərin əksəriyyəti pasiyentə heç bir ağrı yaşatmadan götürülür:
“Nümunəni əldə etmək üçün ağız boşluğundan götürülən yaxma kifayət edir. Bunun üçün pasiyentin hansısa bir toxuması və ya bioloji material - tük soğanağı, dırnaq, dəri, skelet, toxuma parçası və s. belə yetərlidir. Lakin elə genetik testlər də var ki, onlar klassik üsulla - venoz damardan 2-5 ml qan götürülməklə həyata keçirilir. Genetik testlər diaqnozu aydınlaşdırmağa və ya mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcək. Lakin bunun üçün genetika mütəxəssisinə müraciət etmək tövsiyə olunur. Genetik testlərin sayı və müxtəlifliyi çox genişdir. Məhz buna görə də, bu seçimi mütəxəssis özü etməlidir”.
Z.Bayramov son olaraq qeyd edib ki, müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa götürülməsinə ehtiyac olmur.
Günay
Oxşar xəbərlər
Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial yardımlar nə qədər artırılacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komitəsi: “İnternata göndərilən uşaqların sayı artıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












