Ağdamın Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub
Ağdam rayonunun Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
“Sizinxeber.az”un Qarabağ Bürosunun Ağdama ezam olunan əməkdaşının məlumatına görə, kəndə edilən mediatur zamanı jurnalistlərə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Qeyd olunub ki, Ağdam rayonu işğaldan azad ediləndən sonra burada ərazilərin mina və partlamamış hərbi sursatlarda təmizlənən ərazilərində geniş abadlıq işlər davam etdirilir.
Tamamilə dağıdılan yaşayış məntəqələri bərpa edilir. Bunlardan biridə quruculuq işlərinin geniş vüsət aldığı Sarıcalı kəndidir.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Rəsmi qeydiyyatlarda göstərilir ki, işğal zamanı Sarıcalı kəndində təkcə evlər deyil, uşaq bağçası, məktəb, ticarət, səhiyyə, iaşə obyektləri də vəhşicəsinə məhv edilib.
Eyni zamanda bildirilib ki, işğaldan azad edildikdən qısa müddət sonra aparılan mina təmizləmə işləri zamanı Sarıcalı kəndində azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailədən ibarət 1024 nəfər yaşayıb.
Bu gün rəsmi qeydiyatla Sarıcalı kəndinin 425 ailə 1873 nəfərdən ibarət əhalisi var. Yenidən inşası layihələndirilən kəndin ümumi ərazisi 123 hektardan çoxdur. Ümumilikdə kənddə iki mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Sarıcalı kəndinin təməli 2022-ci il oktyabrın 4-də qoyulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb
Ağdamın Sarıcalı kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi həyata keçirilib
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












