Çarlz Veyli: Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir
Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir.
Bunu “Sizinxeber.az”a Cəbrayılda dünyaca məşhur MTP (Most Traveled People) təşkilatının rəhbəri Çarlz Veyli deyib.
Onun sözlərinə görə, Azərbaycanda minalar ölkə üçün ciddi problem yaradır, inkişafa mane olur.
“Bu problem Qarabağın sürətli inkişafına mane olur, onun həlli üçün çoxlu vəsait ayırmaq lazım gəlir. İstərdim ki, beynəlxalq ictimaiyyət mina çirklənməsi ilə bağlı problemin həllində Azərbaycana kömək etsin”, - o vurğulayıb.
Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar və Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.
Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.
Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını vacib sayır
Rusiyalı səyyah: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












