Ceyhun Bayramov Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb


İyunun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.

Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

Oxşar xəbərlər

Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO
Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov litvalı həmkarını postmünaqişə dövrü barədə məlumatlandırıb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov ABŞ senatoru Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesinin müzakirə edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər