Damla Taşkın: Türk dünyasının birləşməsini istəməyən qüvvələr var
sizinxeber.az xəbər saytı

Damla Taşkın: Türk dünyasının birləşməsini istəməyən qüvvələr var


Türk dünyasının birləşməsini istəməyən qüvvələr var.

“Report” xəbər verir ki, bunu Ankara Bilim Üniversitetinin müəllimi Damla Taşkın “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə əlaqələri lider diplomatiyasına əsaslanır:

"Qarabağ zəfəri ilə lider diplomatiyası bir addım da irəli gedib. Belə ki, Orta Dəhlizin və dolayı yolla Zəngəzur dəhlizinin Türk dünyasına daxil edilməsi üçün Qarabağ zəfəri olduqca vacib idi və lider diplomatiyası bu qələbəni gətirdi. Dünyada bir-biri ilə ən çox görüşən iki lider Azərbaycan və Türkiyə prezidentləridir. Şuşa bəyannaməsi də iki lider arasındakı münasibətin göstəricisidir".

D.Taşkın bildirib ki, bu gün Qərbdə və ABŞ-də lider diplomatiyası yeni bir anlayışdır:

"Hazırda ABŞ Prezidenti Donald Tramp da bu diplomatiya yolundan istifadə etməyə çalışır. Hazırda Türk dünyasının birləşməsini istəməyən qüvvələr var, ancaq bizim bu diplomatiyaya əl atmağımız onlara məqsədlərinə çatmağa imkan vermir”.

Oxşar xəbərlər

Damla Taşkın: Laçından verilmiş birlik mesajları geosiyasi təhdidlər fonunda çox vacibdir
Fərid Şəfiyev: Bəzi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün düşünülmüş təxribata əl atırlar
Türkiyəli nazir: Qarabağ zəfəri bütün Türk dünyasının zəfəridir
Donald Tramp özünü avtoritar lider hesab etmədiyini bildirib
Ərsin Tatar İlham Əliyevə təşəkkür etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle