Damla Taşkın: Laçından verilmiş birlik mesajları geosiyasi təhdidlər fonunda çox vacibdir
sizinxeber.az xəbər saytı

Damla Taşkın: Laçından verilmiş birlik mesajları geosiyasi təhdidlər fonunda çox vacibdir


Türk dünyasının birləşməsini, müttəfiqliyini istəməyən bir sıra ölkələr var.

APA-nın xəbərinə görə, bunu Ankara Bilim Universitetinin müəllimi Damla Taşkın Bakıda "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin dövlət başçıları arasında intensivləşən görüşlər ölkələrimizlə yanaşı, bölgənin tərəqqisi üçün də mühüm önəm kəsb edir: “Dünya siyasi liderləri arasında ən çox görüşən iki lider Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir. Bu görüşlər həm bölgənin, həm də iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından çox önəmlidir. Bu görüşlər bizim ölkəmizin proaktiv siyasətini daha da inkişaf etdirir. Təbii ki, Türk Dünyasının birləşməsini istəməyən bir çox ölkə var. Lakin liderlər arasındakı birliyin sağlam olması bu kimi cəhdləri iflasa uğradır. Dünyanın təməlini sarsıdan hadisələrin fonunda hər iki ölkənin dövlət başçılarının Laçın hava limanının açılışında birlik mesajları verməsi bütün geosiyasi təhdidlər fonunda çox vacibdir”.

Oxşar xəbərlər

Damla Taşkın: Türk dünyasının birləşməsini istəməyən qüvvələr var
Fərid Şəfiyev: Azərbaycan və Türkiyə arasında hər hansı problem yoxdur
Ərdoğan Rusiyaya səfər edəcək
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Səfir Gürcüstan XİN başçısının Bakıda müzakirə edəcəyi məsələləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle