Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib
Belçikada Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov “X” hesabında paylaşıb edib.
İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olof Skug həmsədrlik ediblər.
Onun sözlərinə görə, iclasda siyasi və təhlükəsizlik sahələrində mövcud əlaqələr və əməkdaşlıq perspektivi haqqında əsaslı və açıq müzakirələr aparılıb:
“Bu dialoq son aylarda Malta, Bakı, Brüssel və Tiranda keçirilmiş bir sıra mühüm yüksək səviyyəli Aİ-Azərbaycan görüşlərinin ardınca aparılıb. İkitərəfli, regional və qlobal hadisələr müntəzəm olaraq fikir mübadiləsini tələb edir. Bu gün həmçinin Aİ-nin digər yüksək vəzifəli rəsmiləri və təşkilata üzv bir sıra dövlətlərin, o cümlədən ev sahibi ölkə olan Belçikanın nümayəndələri ilə mühüm müzakirələr aparılıb”.
Oxşar xəbərlər
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi üzrə məsləhətləşmələr olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












