sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan XİN Kahramanmaraşdakı zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.
"Report" xəbər verir ki, nazirliyin "X" hesabındakı paylaşımda deyilir:
"Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.
Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik.
Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyədə baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İlham Əliyev: Azərbaycan ağır günlərdə Türkiyənin ətrafında səfərbər oldu
Rəsmi Bakı Türkiyədə baş verən terror aktını pisləyib
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
